Çərşənbə , Avqust 21 2019
Ana səhifə / İqtisadiyyat / Sementin qiyməti ucuzlaşıb – FOTOLAR

Sementin qiyməti ucuzlaşıb – FOTOLAR

Sementin qiyməti 1 manata qədər ucuzlaşıb. Satıcılar bildirirlər ki, ucuzlaşma normaldır. Çünki sement son zamanlar dəyərindən xeyli baha qiymətə satılırdı… 

Məlum olduğu kimi, havaların qızması Bakıda və eləcə də bölgələrdə tikintilərin başlaması üçün şərait yaradır. Xüsusilə də qiyməti əndazəni aşan hündürmərtəbəli binalardan mənzil ala bilməyənlər Bakıətrafı ərazilərdə fərdi yaşayış evləri tikirlər. Bu il tikintilər başladıqca sementin də qiyməti bahalaşırdı. Aprel, may və iyun aylarında “Norm” sementinin bir kisəsinin qiyməti 6 manat 80 qəpik və daha yüksək məbləğə satılırdı. 

Bölgələrdə qeyd etdiyimiz sementin 400 markasının 1 kisəsi 7 manat 50 qəpik idi.  300 marka sement isə bundan təxminən 50-60 qəpik ucuz qiymətə satılırsl. Əgər zavodun özündən birbaşa sement alırdınsa, daşınma xərci də daxil, 300 marka sementin qiyməti 6 manat 30 qəpik, 400 marka sement isə 6 manat 90 qəpiyə satılırdı. Daşınma zavodun öhdəsinə verilmirsə, qiymətlərdə 10 qəpik endirim edilirdi.

Sementin qiymətinin bu qədər baha olması mətbuat səhifələrində dəfələrlə ictimailəşdirildi. Ekspertlər bildirdilər ki, qiymətlərin bu qədər baha olması üçün əsas yoxdur. Çünki sementin hazırlanması üçün əsas xammal yerli istehsal hesabına başa gəlir.

İyul ayının sonlarından isə ən çox təlabat olan “Norm” sementi əvvəlki qiymətinə satılmağa başlayıb. Belə ki, hazırda 300 marka sement 5 manat 30 qəpik (yerindən asılı olaraq qiymət 20 qəpik arta bilər) 400 marka sement isə Bakıda 6 manata satılır. Tikintidə daha çox 300 marka, beton hazırlanmasında isə 400 marka sementdən istifadə olunur. Yəni sadə vətəndaşların tələbatı daha çox 300 marka sementədir. Sement satılan yerlərdə olduğumuz zaman alıcılar bildirdilər ki, bu qiymətlərdən məmnundurlar. Onlar söylədilər ki, bazarda daha ucuz qiymətə sementlər mövcuddur. Ona görə də artıq seçimlərini dəyişiblər.

Satıcılar bildirdilər ki, qiymət qalxdıqdan sonra qeyd etdiyimiz sement markasının satışı xeyli zəifləmişdi. Satıcı Asif söylədi: “Tikinti mövsümü olsa da gətirdiyimiz sement əlimizdə qalırdı. Anbar bu dəqiqə doludur. Hələ mağazanın qabağına yığdığımız da getmir. Çox adam qiymətlərdən xəbərsizdir. Ona görə də üzərinə iri hərflə qiyməti yapıçdırmışıq ki, camaat ucuzlaşmanı görüb, bəlkə sement aldı. Satıcı bildirdi ki, bahalaşmadan sonra insanlar “Qaradağ” sementi almağa başlayıblar. Bildirək ki, 300 marka “Qaradağ” sementinin qiyməti 4 manat 30 qəpik, 400 marka isə 5 manat 30 qəpikdir. Yerindən asılı olaraq qiymətlər 20-30 qəpik baha satıla bilər.,Musavat.com

Həmçinin oxuyun

“Nazirlik onları kimliyindən asılı olmayaraq çəzalandırılmalıdır” – Ekspert

““Relax” İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta …