Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Seçicilər Tatlısəsi dinləmədi

Seçicilər Tatlısəsi dinləmədi

Məşhur müğənni İbrahim Tatlısəsin namizədliyini geri götürməsi işə yaramayıb.

 

Axar.az xəbər verir ki, namizədliyini verdiyi məmləkəti Şanlıurfa vilayətindən müğənniyə 100 səs verilib.

 

Müğənni Şanlıurfadan bitərəf namizəd olduğunu açıqlayandan bir müddət sonra namizədlikdən imtina etdiyini belə elan etmişdi:

 

“Silahların kölgəsi altında siyasətlə məşğul olmayacağam. Namizəd siyahısında adımı görüb əsla, əsla mənə səs verməyin”.

 

Xatırladaq ki, Türkiyədə keçirilən 1 noyabr Parlament seçkilərində Şanlıurfadan  8 AKP, 4 HDP-çi millət vəkili seçilib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın