Cümə axşamı , İyul 7 2022
Ana səhifə / İqtisadiyyat / “Samir Şərifov düz deyir, amma doğru danışmır”

“Samir Şərifov düz deyir, amma doğru danışmır”

“Samir Şərifov düz deyir, amma doğru danışmır, alma ilə velosipedi müqaisə edir. Bəli, Avropa ölkələrində, ABŞ-da qaz qiymətləri bahadır, amma, məsələn, Almaniyada kasıblıq həddi, kasıblara təyin edilən ödəniş aya 920 avro, yəni 1675 manata bərabərdir”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, nazir Samir Şərifovun “dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir” fikrinə cavab olaraq deyib:

“Bizdə bu qədər maaş alana orta sinif deyirlər, həsəd aparırlar, qohum-qonşu 1700 manat maaş alanı öz övladına nümunə göstərib, “odey, xalxın uşağı 1700 manat qazanır”, deyirlər. 

Və ya ABŞ-da ilə 20 min dollar qazanana kasıb deyirlər, vergilərdən azad edirlər, bizdə isə ilə 34000, yəni aya 2835 manat qazanana milyoner deyirlər, xanımdısa elçilər qapıya düzülür, oğlandısa qohum-qonşular öz qızını, yaxınını elə maaş alana ərə verməyə çalışırlar.

Yəni, məmləkətdə qaz qiymətlərindən bir dəfə deyəndə, ölkədəki maaş və təqaüdlərdən 10 dəfə danışmaq lazımdı”.

Həmçinin oxuyun

Balçılar istehsal etdiyi məhsulu niyə sata bilmir? – ŞƏRH

Son illərdə Azərbaycanda balçılıq təsərrüfatlarının sayı artıb. Ancaq paralel olaraq onların problemləri də çoxalıb. Əkin …