Ana səhifə / İqtisadiyyat / Şahzadənin birgünlük istifadəsi üçün – 40 min dollarlıq tualet

Şahzadənin birgünlük istifadəsi üçün – 40 min dollarlıq tualet

Tailand şahzadəsi Maha Chakri Sirindhornun Kambocaya üç günlük səfəri üçün 40 min dollarlıq tualet inşa edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ayrıca bina şəklində 8 kvadratmetrlik ərazidə inşa edilən tualetin tikintisinə 19 gün sərf edilib. Sərf edilən məbləğ isə 66 kambociyalının orta illik gəlirindən yüksəkdir. Lakin pulun hansı ölkə tərəfindən xərcləndiyi dəqiq bilinmir.

Qeyd edək ki, Kamobiciyada əhalinin böyük bir hissəsi tualet tapmaqda çətinlik çəkir. Belə ki, ölkənin təhsil nazirinin açıqlamasına görə, məktəblərin 33 faizində tualet yoxdur. Şahzadənin ziyarət etdiyi Ratanakiri kimi ucqar yerlərdə isə bu göstərici 88 faizə qalxır. Həmin tualet cəmi bir günlük istifadədən sonra söküləcək. Səbəb isə adi insanların kral ailəsinin tualetindən istifadəsinin qadağan edilməsidir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın