Ana səhifə / İqtisadiyyat / Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı hökumətə tapşırıq verildi

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı hökumətə tapşırıq verildi

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun tətbiqi haqqında Fərman verib.

Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:Ad – 00:11ƏTRAFLINovruz Hədiyyəsi
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
– “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Bu Fərman 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Həmçinin oxuyun

Azərbaycanın “qırmızı qızıl”dan əldə etdiyi gəlir yarıbayarı AZALDI

2020-ci ilin birinci rübündə 33 min tona yaxın pomidor satan Azərbaycan bu ilin birinci rübündə …