Çərşənbə , Fevral 28 2024
Ana səhifə / İqtisadiyyat / “Sahibkarların rentabelliyi gömrük limitinin azaldılması hesabına olmamalıdır”

“Sahibkarların rentabelliyi gömrük limitinin azaldılması hesabına olmamalıdır”

“Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı son günlər üvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir”.
Bunu iqtisadçı deputat Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb.
“Sonununcu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq onun aşağı salınması məqsədəuyğun deyil.
Vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür. Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar”, – o bildirib.
Deputat qeyd edib ki, sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir:
“Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dollarlıq gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları hər zaman mümkündür”.
Xatırladaq ki, dekabrın 2-də Dövlət Gömrük Komitəsi məlumat yayaraq vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı səsləndirilən iddiaların heç bir əsasının olmadığı bildirilmişdi.

Həmçinin oxuyun

Sığorta yığımlarının 77%-i “Paşa Sığorta”nın payına düşüb

Bu ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 139 milyon 114 …