Çərşənbə , İyun 3 2020
Ana səhifə / İqtisadiyyat / Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır

Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq, bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

Həmçinin oxuyun

Neptun” marketdə moruq 55.50 AZN-ə satılır – ŞOK QİYMƏT

Bakının Nərimanov rayonunda yerləşən “Neptun” supermarketində satılan moruq, malina və qarağatın qiyməti hər kəsi təəccübləndirib.Kiçik …