Bazar , Yanvar 29 2023
Ana səhifə / İqtisadiyyat / Sahibkarlara barkod verən şirkət ləğv olunur – Açıqlama

Sahibkarlara barkod verən şirkət ləğv olunur – Açıqlama

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “GS1 Azerbaijan” MMC (VÖEN -1400106351) ləğv olunduğunu elan edib. 
Bu barədə məlumat “Vergilər” qəzetində yayımlanıb. 
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 41, mənzil 62-63 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “GS1 Azerbaijan” MMC 27.01.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əliyeva Səbinə Astan qızıdır. 

“GS1 Azerbaijan” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən müəssisələrə və fərdi sahibkarlara aid olan əmtəələrə ştrixkod (barkod) nömrələrin beynəlxalq standartlara uyğun paylanması və qaydalara riayət edilməsi xidmətini göstərir. Belə əmtəə nömrələmə ştrixkod standartları beynəlxalq GS1 təşkilatı tərəfindən hazırlanır və dəstəklənir.
“GS1 Azerbaijan” MMC ölkəmizdə GS1 Beynəlxalq Assosiasiyasının üzvü kimi çıxış edən və müəssisələrin GS1 beynəlxalq sistemdə qeydiyyatını təmin edən yeganə təşkilatdır.
Şirkətin hansı səbəbdən ləğv olunduğuna aydınlıq gətirmək üçün “GS1 Azerbaijan” MMC ilə əlaqə saxladıq. Özünü şirkətin müsahibi kimi təqdim edən şəxs Yeniavaz.com-a bildirdi ki, “GS1 Azerbaijan” MMC ləğv olunsa da onlar fəaliyyətlərini başqa bir ad altında davam etdirəcəklər. Yeniavaz.com 

Həmçinin oxuyun

DSMF bu şəxsdən daha bir ofis icarəyə götürdü – Bu dəfə 417 minə…

“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi …