Cümə , Fevral 23 2024
Ana səhifə / İqtisadiyyat / Sahibkarlar “Trendyol”dan və gömrükdən şikayətçidir

Sahibkarlar “Trendyol”dan və gömrükdən şikayətçidir

Yerli sahibkarlar bazardakı vəziyyətdən narahatdırlar. 

Onların sözlərinə görə, hazırda Türkiyədə xüsusilə “Trendyol” qiymətləri aşağı olduğu üçün hər kəs alış-verişi oradan edir. Bu da yerli sahibkarların işinə təsir edir. 

“Sədərək” ticarət mərkəzindəki mağaza sahibləri bildiriblər ki, məhsullarını ucuz qiymətə sata bilmirlər. Səbəb isə gömrük rüsumlarının çox olmasıdır: 

“Gömrük rüsumları 36 faizdir.  Bu da 100 manata daşıma xərcindən başqa 36 manat artıq pul vermek deməkdir”. 

İqtisadçı ekspert Eldəniz Əmirov “Cebhe.info”-ya bildirib ki, elektron ticarətin mane olduğu sahibkarlar yeni xidmət istiqaməti müəyyən etməlidirlər: 

“Təbii olaraq elektron ticarətin payı artdıqca, oflayn ticarətin həcmində azalma olur. Lakin bu, o demək deyil ki, onlayn ticarətin qarşısını almaq lazımdır. Qətiyyən belə etmək olmaz. Bu, doğru yanaşma da deyil. Elektron ticarətlə sağlam rəqabət aparmaq lazımdır. Yeni xidmət istiqamətləri düşünmək lazımdır. Bununla da onlayn ticarətlə sağlam rəqabət aparmaq mümkün olacaq”. 

İqtisadçının fikrincə, gömrük rüsumlarının azalması gözlənilmir:

“Gömrük rüsumları hər hansısa bir ticarət müəssəsi və mağazalar yaxşı satsın deyə gömrük rüsumları azaldılmır. Hesab edirəm ki, gömrük rüsumlarının azaldılması bu yöndən doğru olmazdı. Onu da qeyd edim ki, gömrük rüsumlarının azaldılması gözlənilmir”.

Həmçinin oxuyun

Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı …