Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Sahibkarlar 633 min CƏRİMƏLƏNDİLƏR

Sahibkarlar 633 min CƏRİMƏLƏNDİLƏR

Bu ilin oktyabr ayının 25-dən başlayaraq sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə monitorinqlər aparılır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb.
Vergi orqanı əməkdaşları tərəfindən 17 774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2261 pozuntu halı müəyyən edilib. Bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub.
Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 632 700 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …