Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / İqtisadiyyat / “Şahdəniz”dən indiyədək 97 mlrd. kubmetrdən çox qaz ixrac edilib

“Şahdəniz”dən indiyədək 97 mlrd. kubmetrdən çox qaz ixrac edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağı istismara veriləndən 1 iyun 2021-ci il tarixinədək 325 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, indiyədək AÇG-dən 182 mlrd. kubmetr, “Şahdəniz”dən isə 143 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Məlumata görə, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 mlrd. kubmetrdən çoxu ixraca yönəldilib.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Həmçinin oxuyun

Ölkəyə 50 min manatdan artıq pul gətirmək və aparmaq QADAĞASI

Rusiyadan Azərbaycana qayıdanlar daşınmaz əmlak ala biləcəklər; bank vasitəsilə pul gətirməkdə məhdudiyyət yoxdur Rusiyada müharibədə …