Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Sabiq qərargah rəisindən şok açıqlamalar – “Məni dinləsəydilər…”

Sabiq qərargah rəisindən şok açıqlamalar – “Məni dinləsəydilər…”

İraq silahlı qüvvələrinin sabiq qərargah rəisi Babəkir Zəbari Mosulun İŞİD-ın əlinə keçməsilə bağlı mühüm açıqlamalar verib.
Avropa.info xəbər verir ki, Zəbari “Məni dinləsəydilər nə Mosul süquta uğrayardı, nə də Ənbar. Maliki, nazirlər və komandanlar məni dinləmirdilər” deyə açıqlama verib.
İyun ayında tutduğu vəzifəsən istefa verən kürd əsilli Zəbari Duhok şəhərində yerləşən evində Anadolu Agentliyinin müxbirinə müsahibə verib.
İraqda ilk dəfə baş qərargah rəisinin öz istəyi ilə vəzifəsindən ayrıldığını xatırladan Zəbari müsahibəsi zamanı bunları deyib:
“İşini doğru dürüst yerinə yetirə bilmirsənsə istefa verməlisən. İstefa verməyimin bir çox səbəbi var. Mən 2007-ci ildə da istefa vermək istəyirdim. Ancaq Bərzaninin təkidi ilə geri döndüm. Hərbi tərəflərin hamısının işini düzgün etməsini istədim. Ancaq elə olmadı. Məni dinləsəydilər nə Mosul süquta uğrayardı, nə də Ənbar. Maliki, nazirlər və komandanlar məni dinləmirdilər.”
Mosul və Ənbar şəhərlərinin təhlükədə olduğu haqda xəbərdarlıqlarının İraq hökuməti tərəfindən ciddi qəbul etmədiyini söyləyən Zəbari sözlərinə belə davam edib:
“Mosulun süqutuna səbəb olan bir çox faktor var idi. Şəhər əhalisi səbəbsiz yerə həbs olunur və düşmən elan edilirdi. Şiə və sünnilər arasında ixtilaflar və buna bənzər hadisələr Mosulun süqutuna səbəb oldu. Orduya lazımi təlimin verilməməsi də bir digər faktordur.”

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın