Ana səhifə / İqtisadiyyat / Sabiq prezident Əhmədinejadı seçkiyə buraxmırlar – İranda seçki gərginliyi

Sabiq prezident Əhmədinejadı seçkiyə buraxmırlar – İranda seçki gərginliyi

İranın Konstitusiyaya Nəzarət Şurası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin səlahiyyətini təsdiqləyib.

Qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında  araşdırıldıqdan sonra təsdiqlənib.

Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənən şəxslər bunlardır:

1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim

2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi

3. Hazırkı prezident Həsən Ruhani

4. “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvü Seyid İbrahim Rəisi – Sadat

5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf

6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba

Sabiq prezident Mahmud Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinində səlahiyyəti təsdiqlənməyib.

Qeyd edək ki, səlahiyyəti təsdiqlənməyən şəxslər sabahdan 5 gün ərzində səlahiyyətlərinin təsdiqlənməməsinə görə etiraz edə bilər.

APA

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın