Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Sabiq erməni məmur deputatlıqdan imtina edib

Sabiq erməni məmur deputatlıqdan imtina edib

Ermənistanın Kotayk vilayətindən deputat seçilən Dövlət Gəlirləri Komitəsinin qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin sabiq rəisi, respublikaçı Samvel Sanamyan mandatından imtina edib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata əsasən, Sanamyan seçki vaxtı Sarkiyanın partiyasına səslər gətirmək, deputat olmaq üçün küllü miqdarda pul xərcləyib.

Təxmini hesablamalara görə, o, seçicilərdən səs almaq üçün 260 milyon dram paylayıb.

“Joğovurd” qəzeti Sanamyandan bu qədər xərcdən sonra niyə mandatdan imtina etməsinin səbəbini soruşub.

“Müsahibə vermək istəmirəm, mən seçicilərimin yanındayam, seçicilərimin yanında da qalacağam”- deyə o, bildirib.

Xatırladaq ki, daha öncə Sarkisyanın təlimatı ilə səslərin oğurlanması, respublikaçı namizədlərin səslərinin digərlərinə hesablanması haqda ətraflı məlumat vermişdik.

Görünür, Sarkisyan indi də istifadə etdiyi, hətta seçkilərdə lazimi qədər səs toplayan namizədləri oyundan uzaqlaşdırmağa başlayıb.(AzVision.az)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın