Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / İqtisadiyyat / Sabah Bakıda beynəlxalq turnir start götürəcək

Sabah Bakıda beynəlxalq turnir start götürəcək

Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXII açıq Respublika turniri keçiriləcək. 

Belə ki, yarış 20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan altı çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.

Görüşlər saat 10:00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17:00-dan start götürəcək. Turnirin açılış mərasimi sabah saat 16:00-da olacaq.

İlk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk üç yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.

Qeyd edək ki, Müşfiq İsayev Milli Olimpiya Komitəsinin vitse-prezidenti, həmin qurumun Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayevin kiçik qardaşı olub.

Həmçinin oxuyun

İlin sonuna qədər problemli kreditlərlə bağlı şad xəbər olacaq – ŞƏRH

Uzun illərdir Azərbaycanda mövcud olan problemli kreditlərlə bağlı ilk addım bu ilin fevralında Prezident İlham …