Ana səhifə / İqtisadiyyat / Saakaşvilinin xanımı meydanlara çıxdı – Tiflisdə izdihamlı aksiya (FOTOLAR)

Saakaşvilinin xanımı meydanlara çıxdı – Tiflisdə izdihamlı aksiya (FOTOLAR)

Bu gün Tiflisdə Vahid Milli Hərəkat (VMH) Partiyası seçkiqabağı yekun aksiyası keçirib.

Tədbirdə VMH Partiyasının lideri David Bakradze çıxış edib. O, çıxışında seçiciləri oktyabrın 8-də keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.

Aksiyada dünən avtomobili partladılan VMH partiyasının lideri, Gürcüstan parlamentinin deputatı Givi Tarqamadze insidentlə bağlı fikirlərini açıqlayaraq hadisənin terror aktı olduğunu bildirib.

Tədbirdə sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı, Zuqdidi bölgəsindən parlament seçkilərində deputatlığa namizəd irəli sürülən Sandra Rulofs və digər partiya üzvləri çıxış ediblər. Sandra Rulofs çıxışında Mixail Saakaşvilinin Gürcüstana gəlişindən söhbət açıb. Onun sözlərinə görə, VMH partiyası yenə hakimiyyətə qayıdacaq: “Biz inkişaf prosesinə qayıdacaq və Gürcüstanı gücləndirəcəyik”.

Tədbirdə Mixail Saakaşvilinin video-müraciəti səsləndirilib. O, oktyabrın 8-də baş tutacaq parlament seçkilərini tarixi gün adlandırıb və seçkilərdə qələbə qazanacaqlarına ümid etdiyini qeyd edib.

M. Saakaşvili yekun aksiyada canlı şəkildə tədbir iştirakçılarına Gürcüstanın gələcəkdə inkişaf edəcəyini bildirib. Aksiyada işğal olunan torpaqlar barədə müxtəlif şüarlar qaldırılıb. Çıxışlar başa çatdıqdan aksiya iştirakçıları Gürcüstan parlamentinin Tiflisdəki binasınadək yürüş ediblər.

Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze yüz minlərlə Gürcüstan vətəndaşlarının oktyabrın 8-də qələbə gözlədiklərini bildirib: “Seçkilərdə hamı dəyişiklik gözləyir. Gürcüstan irəliyə hərəkət etməlidir. Ölkəmizin iqtisadiyyatı inkişaf etməlidir. Yeni iş yerləri yaradılmalı, əhali, ailələr firavan həyat sürməlidir. Bu gün bütün seçicilər bunu gözləyir. Biz də bu seçkilərdə qələbəmizi gözləyirik. Bizimlə birlikdə yüz minlərlə Gürcüstan vətəndaşı da bu qələbəni gözləyir”.

APA

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın