Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Saakaşvili: “Vəzifəmi tərk etməyəcəm”

Saakaşvili: “Vəzifəmi tərk etməyəcəm”

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə M.Saakaşvili televiziyadakı çıxışında bəyan edib.

“Hesab edirəm ki, Odessada yaxşı işlər görürəm. Söz verirəm ki, korrupsiyaya qurşanmış hökumət üzvlərinin məsuliyyətə cəlb edilməsi üçün əlimdən gələni edəcəm”, deyə M.Saakaşvili vurğulayıb.

Xatırladaq ki, dekabrın 14-də Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov və baş nazir Arseni Yatsenyuk arasında qalmaqal baş verib. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndiriblər.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın