Ana səhifə / İqtisadiyyat / Saakaşvili həqiqətən də Odessanın başçısı oldu

Saakaşvili həqiqətən də Odessanın başçısı oldu

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması haqqında fərman imzalayıb.

Azvision.az xəbər verir ki, Poroşenko həmçinin Saakaşvilinin Ukrayna vətəndaşlığına qəbul olunması haqqında da fərman imzalayıb.

Bununla da Kiyevdə yaşayan Gürcüstan əsilli, 1967-ci il təvəllüdlü Mixail Saakaşvili Ukrayna vətəndaşlığına qəbul edilib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Odessada Mixail Saakaşvilini ictimaiyyətə vilayətinin yeni başçısı kimi təqdim edib.

* * *19:25

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakşviliyə Ukrayna vətəndaşlığı verib.

Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, müvafiq sərəncam prezidentin saytında yerləşdirilib.

“Ukrayna Konstitusiyasının 106-cı maddəsinin 26-cı bəndi və “Ukrayna vətəndaşlığı” haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq qərara alıram: Gürcüstan kökənli, 1967-ci il təvəllüdlü, Kiyevdə yaşayan Saakaşvili Mixail Ukrayna vətəndaşlığına qəbul edilsin” – sərəncamda deyilir.

Qeyd edək ki, Saakaşvilinin bir gün öncə Odessa vilayətinin qubernatoru təyin edilməsi xəbəri yayılıb. Poroşenkonun onu odessalılara şəxsən təqdim edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın