Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Saakaşvili canlı yayımda dava saldı:”Putin mənim düşmənimdir, məni öldürmək istəyir” – VİDEO

Saakaşvili canlı yayımda dava saldı:”Putin mənim düşmənimdir, məni öldürmək istəyir” – VİDEO

Mixail Saakaşvili ilə ukraynalı deputat Oleq Barna arasında qarşıdurma yaranıb.

Axar.az xəbər verir ki, tərəflər arasında qarşıdurma ZİK televiziyasında Saakaşvilinin aparıcısı olduğu verlişdə yaşanıb. Verlişdə çıxış edən Saakaşvili Prezident Pyotr Poroşenkonu tənqid etdikdən sonra Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Pavel Demçini ölkənin düşməni adlandırıb. Bundan dərhal sonra Barna eks-prezidenti Moskva ilə əlaqədə günahlandırıb:

“Belə çıxır ki, burada Prezident Poroşenkoya qarşı Putinlə birləşirlər. Bu sizə də elə gəlmir ki?!”

Saakaşvili bu sözdən sonra öz sakitliyini qoruya bilməyərək, Barnanın üzərinə qışqırıb:

“Mən Putinlə birləşmək barədə sözləri qəbul etməyəcəyəm. Mənim Rusiyada fabriklərim yoxdur. Bir daha belə söz deməyə cəhd etməyin. Putin mənim düşmənimdir və o məni öldürmək istəyir”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın