Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Saakaşvili çadırda işləyəcək

Saakaşvili çadırda işləyəcək

Gürcüstanın sabiq prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvili iş otağını tikilməkdə olan yolun kənarındakı çadıra köçürəcək.

AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili “Facebook” profilində yazıb.

O, bildirib ki, gələn həftə iş otağını təmir işləri gedən Оdessa-Reni yolunun kənarına aparacaq.

“Gələn həftə mən öz otağımı Оdessa-Reni yolunun kənarındakı çadıra aparacağam. İşləri maliyyələşdirilməsi 100 faiz olana qədər bütün işgüzar görüşləri və qəbulları mən yalnız bu çadırda aparacağam. Bəsdirin insanları ələ saldınız!”, – deyə sabiq prezident sosial şəbəkədəki səhifəsində yazıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın