Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Saakaşvili azərbaycanlılar barədə danışıb – VİDEO, FOTOLAR

Saakaşvili azərbaycanlılar barədə danışıb – VİDEO, FOTOLAR

“Ukraynada hadisələrin inkişafı hadisələrin bütün region üzrə inkişafından asılıdır. Mən burda təkcə Ukraynaya deyil, həm də Ukrayna xalqına işləyirəm. Mən həmçinin Gürcüstan və bütün reqion üçün çalışıram. Çünki Ukraynada uğura nail olmasaq, digər potsovet məkanlarda uğur əldə etmək olmaz”.
ANS PRESS-ə bu sözləri Kiyevdə Odessa qubernatoru Mixail Saakaşvili bildirib.
Gürcüstanın eks-prezidenti Ukraynanı səhmdar cəmiyyətlə müqayisə edərək, ölkənin rəsmi bölmələr deyil, oliqarxlar tərəfindən idarə edildiyini iddia edib: “Bizdə, əslində, qanunsuz bir paralel hökümət fəaliyyət göstərir. Ölkəni sanki paralel sistem idarə edir və bu sistem də böhran dövründədir. Bununla da, bu sistem böhrandadır, digər sistem böhrandadır, dövlət qulluğu böhrandadır və indi biz anlamalıyıq ki, hardayıq”.

M.Saakaşvili ilə müsahibə zamanı

Saakaşvili “faktların dili ilə” danışmağa hazır olduğunu bildirib. Saakaşvili Ukrayna hökumətini Odessa Gömrük Xidmətinin xəzinəsində defisitə gətirən korrupsiya əməllərində ittiham edib. Onun sözlərinə görə, bir ay ərzində xəzinə 400 milyon, iki ay ərzində isə 800 milyon qriven az vəsait alıb ki, bu pula da Odessa-Reni yolunun inşasını başa çatdırmaq olardı. Odessa qubernatori hər bir ukraynalını belə bir sual üzərində düşünməyə çağırıb ki, Kiyev hökumətində rüşvət alma halları azalıbmı?
Bir qədər öncə baş nazir Yasenyuk Nazirlər Kabinetinin olqiraxların nəzarəti altında olduğu barədə Saakaşvilinin açıqlamasını yalan adlandırmışdı.
ANS PRESS-ə açıqlamasında Mixail Saakaşvili gördüyü işlərdən və gələcək planlarından danışıb.
“İndiyədək bir çox uğurlu işlər görmüşük. Biz Odessada islahatlar paketi hazırlamışıq. Bu islahatlar təkçə bizi deyil, bütün Ukraynanı əhatə edəcək. Burda əsəs işimiz burokratiyanın ləgvi, gömrukdə qayda-qanun yaratmaq və korrupsiya mənbələrini bağlamaqdır. Həmçinin sənədləşmə qeydiyatı işlərinədə əngəllikləri aradan qaldırmağa çalışırıq”,- deyə Saakaşvili qeyd edib.

Daha əvvəl Mixail Saakaşvilinin Ukraynanın baş naziri vəzifəsinə keçiriləcəyi haqda məlumat yayılmışdı. Hazırda ölkə prezidentinin saytındı fəallar Saakaşvilinin baş nazir təyin edilməsinə dair imza toplama kampaniyasına start veriblər. Bundan əlavə, Ukrayna KİV-də məlumat yayılıb ki, ölkənin hazırki baş naziri Arseni Yatsenyukun yerinə maliyyə naziri Natalya Yaresko təyin edilə bilər, Saakaşvili isə xanım Yareskonun müavini olacaq. Lakin Ukrayna hakimiyyəti hələlik bu məsələni rəsmi şərh etmir.

Bununla bağlı suala qubernator belə cavab verib: “Bu, mənimçün ciddi məsələ deyil. Burda ictimai təşkilatlar bu haqda danışır. Məncə, onlar bu posta məndən daha təçrubəli ukraynalı tapıb Nazirlər Kabinetini ona tapşıra bilərlər. Hazırda dövlətin baş naziri var və mənim bu haqda danışmağım düzgün olmaz. Mənim fikrimcə, bu posta daha layiqli namizədləri var. Mənim tənqid etməyim Ukraynada kiminsə yerini tutmaq üçün deyil, tənqid etdiyim şəxslərin özlərini yığışdırması, onların düzgün və təmiz işləmələri üçündür. Mən hər bir işdə kömək etməyə hazıram”.
Ukraynada yaşayan azərbaycanlılarla arasının əla olduğunu qeyd edən Saakaşvili onlarla birgə islahatlar aparmağa hazır olduğunu bildirib: “Ukraynada fəaliyət göstərən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) bacarıqlı, savadlı şəxslər çalışır. Qubernator seçildikdən sonra məni ilk təbrik edənlər arasında onlar da var idi. Mən onlarla sıx təmasda çalışıram. Onların Odessada böyük diasporu var və biz birgə fəaliyyətimizi davam etdirəcəyik. Mən daim azərbaycanlılarla birgə çalışmağa hazıram. Bizim apardığımız iş düzdür və biz qalib gələcəyik”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın