Ana səhifə / İqtisadiyyat / Şərikli biznes mövzusunda konfrans keçirilib – VİDEO

Şərikli biznes mövzusunda konfrans keçirilib – VİDEO

Bu gün İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 7 sentyabr 2018-ci il tarixində mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə birliyin rəhbəri Ruslan Atakişiyev açıb. Birlik rəhbəri bildirib ki, layihənin keçirilməsində başlıca məqsəd Sahibkarlar arasında birgə biznes modelini aşılamaqdır. Eyni zamanda, sahibkarlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır:

 

“Layihənin ictimai əhəmiyyəti ondan ibarətdir ki, sahibkarlar birgə biznesə qoşulmaqla risklərdən özlərini sığortalaya bilsinlər. Həm də 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritəsi”ndə sahibkarlığın inkişafı ilə ilə bağlı məsələlərə dəstək göstərməkdir”.

Mətbuat konfransında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev, “Professional mühasib” jurnalının baş redaktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev, Birləşmiş Ərəb Əmirliklərindən dəvət olunmuş xarici mütəxəssis Muzammal Zulfikar çıxış edib.

 

Natiqlər öz çıxışlarını əsasən “Birgə biznes mühitinin üstünlükləri” və formaları, “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçot və hesabatı mövzuları ətrafında qurublar.

Tədbirin sonunda qeyd olunub ki, layihə çərçivəsində Lənkəran və Zaqatala rayonlarında yaşayan sahibkarlarla görüşlər keçiriləcək.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …