Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Şəhidin heykəlini sökdülər

Şəhidin heykəlini sökdülər

Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı qiyamçıların liderlərindən olan general Semih Terzini öldürən və daha sonra həlak olan çavuş Ömər Halisdemirə Niğdədə ucaldılmış heykəl sökülüb.

Bir ay bundan əvvəl rəsmi şəkildə açılışı keçirilən heykəlin Halisdemirə oxşamadığı barədə sosial şəbəkədə çoxlu sayda narazılıq ifadə edilmişdi. Yerli hakimiyyət orqanları etirazların getdikcə artdığını görərək heykəli söküb yenidən düzəltdirmək qərarına gəliblər.

Heykəl dünən gecə saat 02.00 radələrində sökülüb.

Üç metr hündürlüyündə heykəl Niğdədə Ömər Halisdemir meydanında ucaldılmışdı.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın