Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat /   Səfir Əli Əlizadə Pakistanın Xeybər Paxtunxva əyalətinin qubernatoru ilə görüşüb

  Səfir Əli Əlizadə Pakistanın Xeybər Paxtunxva əyalətinin qubernatoru ilə görüşüb

Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Xeybər Paxtunxva əyalətinin qubernatoru İqbal Zəfər Jagra ilə görüşüb. Azinforum.az-a səfirlikdən veribl
Azərbaycanla Pakistanın bir-birinə göstərdiyi dəstəkdən, iki ölkə arasında etimad və inama əsaslanan dostluq və qardaşlıq əlaqələrinin inkişafından söhbət açan səfir Əli Əlizadə, bu əlaqələrdə hər iki ölkənin regionlarının da önəmli rolunun olduğunu bildirib. Pakistanın Xeybər Paxtunxva əyalətində keçirdiyi görüşlər haqqında məlumat verən səfir əyalətlə əlaqələrin inkişafı və yeni layəhələrin həyata keçirilməsi istiqamətində yerli hökumət və iş adamları ilə fikir mübadiləsinin aparıldığını bildirib. Heydər Əliyev Fondunun Pakistanda, o cümlədən Pakistanın Xeybər Paxtunxva əyalətində həyata keçirdiyi layihələrin hər iki ölkənin xalqlarının daha da yaxınlaşmasına öz töhfəsini verdiyini bildirən səfir, əyalətlə əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Pakistanın Xeybər Paxtunxva əyalətinin qubernatoru İqbal Zəfər Jagra Bakıya 2008-ci ildə senator kimi etdiyi səfərini və xoş xatirələrini bölüşərək, Azərbaycanın Pakistan üçün doğma olduğunu və Pakistanın Xeybər Paxtunxva əyalətinin də Pakistan-Azərbaycan əlaqələrin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb, Heydər Əliyev Fondunun Pakistanda, o cümlədən Pakistanın Xeybər Paxtunxva əyalətində həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini bildirib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın