Şənbə , May 25 2024
Ana səhifə / İqtisadiyyat / Səudiyyə Ərəbistanına xiyar-pomidoru 20, sarımsağı 26 manata satırıq – Siyahı

Səudiyyə Ərəbistanına xiyar-pomidoru 20, sarımsağı 26 manata satırıq – Siyahı

Bu ilin yanvar ayı ərzində Azərbaycandan Səudiyyə Ərəbistanına 129,12 min dollar dəyərində meyvə-tərəvəz ixrac olunub.
Səudiyyə Ərəbistanına ixrac olunan meyvə-tərəvəzin gömrük dəyəri digər ölkələrlə müqayisədə dəfələrlə yükəsək olub.
Müqayisə üçün bildirək ki, yanvar ayında Rusiyaya ixrac etdiyimiz pomidorun orta gömrük dəyəri 1,4 dollar (2,4 manat) olduğu halda, eyni dövrdə Səudiyyə Ərəbistanına ixrac olunan pomidorun orta gömrük dəyəri 12 dollar (20,4 manat) olub. Yaxud da, Qazaxıstana ixrac olunan almanın orta gömrük dəyəri 0,42 dollar (71 qəpik) olduğu halda, eyni dövrdə Səudiyyə Ərəbistanına ixrac olunan almanın orta gömrük dəyəri 11,6 dollar (19,8 manat) olub.
Bu ilin yanvar ayında Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac olunan meyvə-tərəvəzlərin 1 kiloqramının orta gömrük dəyəri aşağıdakı kimi olub:

Pomidor – 12 dollar (20,4 manat)
Sarımsaq – 15 dollar (25,7 manat)
Yerkökü – 10,3 dollar (17,5 manat)
Xiyar – 12 dollar (20,4 manat)
Badımcan – 11,7 dollar (20 manat)
Alma – 11,6 dollar (19,8 manat)
Heyva – 11,6 dollar (19,8 manat)
Nar – 11,8 dollar (20 manat)

Yeniavaz.com

Həmçinin oxuyun

Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 …