Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Səudiyyə Ərəbistanından Türkiyə şirkətinə fantastik təklif – Krallığın aeroportlarını türklər idarə edəcək

Səudiyyə Ərəbistanından Türkiyə şirkətinə fantastik təklif – Krallığın aeroportlarını türklər idarə edəcək

Aeroportların operatoru vəzifəsini icra edən Türkiyənin aparıcı şirkəti “Tav Holding” və ortağı “Al Rajhi Holding” Səudiyyə Ərəbistanının iki aeroportuna operator xidməti göstərmək hüququnu əldə etmək üçün krallığın dəvəti ilə müzakirəyə başlayıblar.

Avropa.info xəbər verir ki, aeroportlar Buradiah və Hail şəhərlərində yerləşir. Bağlanacaq müqavilənin 30 illik müddəti əhatə edəcəyi gözlənilir. Türk şirkətinin verdiyi bəyanatda Prince Nayef bin Abdulaziz aeroportu və Hail aeroportuna operator xidmətinin göstəriləcəyi bildirilir.
Müqavilədə “Tav Holding” və ortağı “Al Rajhi Holding”in payları bərabər şəkildə əks olunacaq.

Beynəlxalq uçuşlar təşkil edən hər iki aeroport 2016-cı ildə ümumilikdə 2,6 milyon turistə xidmət göstərib. “Tav Holding” mart ayında Yanbu aeroportunun operator xidməti göstərmək hüququnu qazanmışdı.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın