Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Səudiyyə Ərəbistanında şahzadəni edam etdilər – İLK DƏFƏ

Səudiyyə Ərəbistanında şahzadəni edam etdilər – İLK DƏFƏ

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o vaxt ölkədə böyük rezonansa səbəb olmuşdu.

Səudiyyə Ərəbistanının Ali və Apellyasiya məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın