Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Səudiyyə Ərəbistanında 47 terrorçunu edam etdilər

Səudiyyə Ərəbistanında 47 terrorçunu edam etdilər

Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

Virtualaz.org-un Reuters-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar. Onların arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2014-cü ildən etibarən terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzaları sərtləşdirib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın