Şənbə , Sentyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür…

Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür…

Ermənistanda bu gün keçirilən və kütləvi saxtakarlıqla müşaiyət olunan parlament seçkilərinə dair səsvermənin başa çatmasından az sonra Yerkir Media telekanalının sifarişi ilə keçirilən exit-poll nəticələri açıqlanıb.

Nəticələrə əsasən hakim Respublika partiyası 46 faiz səslə birincidir. İkinci yeri oliqarx Qaqik Tsarukyanın “Tsarukyan” seçki bloku tutur-25 faiz. Üçüncü yerdə isə deputat Nikol Paşinyanın “Çıxış” blokudur. Bu blokun 10 faiz səs yığaraq seçki blokları üçün nəzərdə tutulmuş baryeri keçdiyi proqnozlaşdırılır. “Daşnaksütun” və “Erməni dirçəlişi” partiyaları isə hərəyə 5 faiz səs yığıb. Exit-poll nəticələri təsdiqlənsə bu partiyalar da parlamentdə təmsil olunacaq. Çünki partiyalar üçün seçki baryeri 5 faizdir.

Keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi “Ohanyan-Raffi-Oskanyan” seçki bloku və Levon Ter-Petrosyanın sülh şüarı ilə seçkilərə qatılmış “Erməni Milli Konqresi-Xalq partiyası” bloku isə 3 faiz səsə ümid edə bilər. Onların parlamentdə təmsil olunmaq şansı yoxdur.

Virtualaz.org

Həmçinin oxuyun

İlham Şaban: Neft infrastrukturu stabillik tələb edir

Səudiyyə Ərəbistanının neft obyektlərinin keçən həftə hücuma məruz qalmasından sonra dünya üzrə neft qiymətləri qalxsa …

Bir cavab yazın