Ana səhifə / İqtisadiyyat / Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,3 milyon manat məbləğində ipoteka krediti verilib.

Azinforum.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.

Bu dövrdə Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında Fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,16 ABŞ dolları, …