Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Şəhid olması ilə hər kəsi sarsıdan Türk qadın haqqında: “Qızım getmə, dedim …” – FOTOLAR

Şəhid olması ilə hər kəsi sarsıdan Türk qadın haqqında: “Qızım getmə, dedim …” – FOTOLAR

Türkiyədə mayın 31-də hərbi helikopter qəzası baş vermişdi. Qəzada 13 hərbçi şəhid olmuşdu. Şırnak vilayətində baş verən bu qəzada şəhid olanlar arasında bir qadın hərbçi də var idi.

Bu hadisədə Songül Yaqut Türkiyənin Jandarma Qüvvələrinin 167 illik tarixində ilk şəhid qadın komandir oldu.

O, 2005-2007-ci illərdə İç Anadolu bölgəsinin Ankaraya bağlı Bəypazar rayonunda Jandarma Qüvvələrinin komandiri vəzifəsini tutub. S.Yaqut 1976-cı ildə Türkiyənin Malatya əyalətinin Akçadağ rayonunda doğulub.

Картинки по запросу kadın yüzbaşı

O, ailənin sonbeşiyi, 5 övladdan sonuncusu olub. 8 yaşında atasını itirən Songülün bir arzusu var idi. Böyüyüb, hərbçi olmaq… Anasının dəstəyi ilə uşaqlıq arzusunu gerçəkləşdirən Songül 1997-ci ildə “Kara Harp Okulu”nu bitirib.

Fətullahçı Terror Təşkilatının (FETÖ) qurama ittihamı əsasında ötən illərdə “Balyoz davası” adı verilən əməliyyat nəticəsində tutduğu vəzifədən azad edilib. O, günahsız olduğunu sübut etdikdən sonra yenidən tutduğu vəzifəyə bərpa olunmuşdu.

Eyni zamanda qadınlara yönəlik şiddətə qarşı mübarizə aparması ilə də tanınırdı. Vəzifə aldığı bölgələrdə hər zaman kəndləri gəzib dolaşıb, bölgədəki qadınların problemlərini həll etməyə çalışırdı.

Картинки по запросу Турецкая жандармерия

Şəhid Jandarma polkovnik-leytenantı Songül Yaqut, son olaraq Şırnakdakı 23-cü Jandarma Sərhəd Diviziyasında hərəkat mərkəzi komandiri olaraq işləyirdi.

Türkiyənin tanınmış vəkillərindən olan Şule Nazlıoğlu Erol da şəhid qadın haqqında fikirlərini paylaşıb: “Mənim yanıma gələndə çox üzgün idi. O gözəl gözləri parıldayırdı. Songül iyrənc iftira ilə ordudan uzaqlaşdırılmışdı. Lakin hüquqi mübarizəmizin sonunda onu bu çirkin iftiradan xilas etdik və o sevimli işinə geri döndü. Orduya yenidən geri dönərkən yeni rütbə almışdı. Ofisə gəldi, yeni rütbə almasını qeyd etdik. Yeni təyinatı gəlmişdi. Qızım getmə dedim. Gedəcəyi yer, şəhid düşdüyü yer idi. Gözəl qızım biz üzüldük, amma sənə söz verirəm, mübarizəyə davam edəcəyik.”

Картинки по запросу Солдат

Songül haqqında sosial mediada da geniş müzakirələr getdi. “Gözlərinin içi ölkəsinin sevdası ilə yanan qəhrəman qadın komandir. Bu vətən səni unutmayacaq!” və sair bu kimi şərhlərlə sosial mediada anıldı. (Musavat.com)

Картинки по запросу Турция

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın