Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Səfirlik- Türkiyənin Azərbaycana viza rejimi tətbiq etməsi gözlənilmir

Səfirlik- Türkiyənin Azərbaycana viza rejimi tətbiq etməsi gözlənilmir

“Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir”.

“Report”un məlumatın görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: “Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər”.
Qeyd edək ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın