Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Səfir qatilinin anasından şok addım

Səfir qatilinin anasından şok addım

Rusiyanin Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mövlüd Mərd Altındaşın cəsədini valideynləri qəbul etməyib.

Publika.az xəbər verir ki, qatilin anası Hamdiyə Altındaş “mənim başımı yerə soxan, düşmənlik edən oğlum yoxdur” deyə bildirib.

O, oğlunun cəsədini istəmədiklərini açıqlayıb: “Cənazəsini kimsəsizlər məzarlığında basdırın. Biz dövlətimizi və millətimizi sevən insanlarıq. Ailəcə FETÖ-ya qarşıyıq. Oğlumuzun bir terror təşkilatı ilə bağlantısının olacağını bilmirdik. Böyütdüyümüz oğlumuzun belə biri olacağını bilməzdik. FETÖ ilə əlaqəsinin olduğunu bilsəydik, polisə xəbər verərdik. Həm vətənimizi, həm də oğlumuzu xilas edərdik”.

Altındaşın dayısı isə ana və atanın çox əzab çəkdiyini qeyd edib.

“Heç bir ana dünyaya vətən xaini gətirməz. Vətən xaini sonradan olur”, – deyə o bildirib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın