Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Səfir: “Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır”

Səfir: “Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır”

“Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın dostluq əlaqələri qurulub və bu, qarşılıqlı etimad və bərabərlik rəmzidir”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının Müstəqillik günü münasibətilə təşkil edilən qəbulda deyib.

Diplomat qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əsas ticari-iqtisadi və nəqliyyat-logistik tərəfdaşıdır.
Qazaxıstanın Akademik Folklor-Etnoqrafik Orkestrinin çıxışları, Qazaxıstan haqqında müxtəlif videomateriallar, həmçinin Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb.
Qeyd edək ki, tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …