Ana səhifə / İqtisadiyyat / Səfər Mehdiyev özünə şirkət qurdu – Sabiq rəis direktor oldu

Səfər Mehdiyev özünə şirkət qurdu – Sabiq rəis direktor oldu

Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.

Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyəti sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı , otelçilik və qida sektoru. 

Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir. 

Əldə etdiyimiz digər məlumata görə, “APF Group” MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb. 

Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub. 

Əhməd

Həmçinin oxuyun

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək? – Açıqlama

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə …