Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Səfər Mehdiyev 300 dollarlıq limitdən danışdı: “Yanlış anlaşılma…”

Səfər Mehdiyev 300 dollarlıq limitdən danışdı: “Yanlış anlaşılma…”

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişikliyi şərh edib.

Real TV-yə müsahibəsində insanları ən çox narahat edən 300 dollarlıq limit məsələsinə aydınlıq gətirib.

O, bu limitin düzgün anlaşılmadığını qeyd edib. “Qərarda ayda bir dəfə 300 dollar limit verilir, rüsumsuz mal gətirmək üçün. Əgər vətəndaşın bir ay ərzində bir neçə dəfə mal gətirmək imkanı varsa, hər dəfə gətirəndə bunu bəyan edir və yaxud daşıyıcı şirkətə bildirir ki, mallarımı bir dəfəyə bəyan edəcəyəm. Və ya da dediyimiz kimi 300 dollar həcmində bəyan edə bilər. Hər iki halda burada vətəndaşın seçimi çox önəmlidir. Bunun başqa cür tənzimlənməsini biz düşünmürük, çünki burada seçim hüququ vətəndaşların yanındadır. 

300 dollardan artıq olanda isə gömrük rüsumları tətbiq olunur. Burada yalnız ayda 1 dəfə ifadəsi yanlış anlaşılmalara səbəb olur. Bir ay ərzində 300 dollar məbləğində – istər bir dəfə, istər 5 dəfə, amma bir dəfəyə məxsus olan bəyanetmə kimi qəbul etmişdik. Onu gömrük anbarında saxlayıb da bir dəfəyə bəyan edə bilərlər və ya mal 3 partiyadan ibarət gəlibsə, o 3 partiyanın hər birində bəyan edib birincidə 100 dollarlıq, ikincidə 100 dollarlıq, üçüncüdə 100 dollarlıq mal gəlibsə, hər üçündə də sadələşmiş vergini vermək şərti ilə yenə gömrük rüsumlarından azad olunur”. 

Həmçinin oxuyun

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR

Ötən ilin dekabr ayında Böyük Britaniyada “Agro Group Ltd” adlı şirkət təsis olunub.Yeniavaz.com Böyük Britaniyanın …