Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / İqtisadiyyat / Səddam Hüseynin romanı İngiltərədə çap olunur

Səddam Hüseynin romanı İngiltərədə çap olunur

İraqın keçmiş lideri Səddam Hüseynin yazdığı bir roman ingilis dilinə tərcümə olunur.
Azinforum.az “Qardian”a istinadən xəbər verir ki, roman 2003-cü ildə başlanan İraq müharibəsindən öncə yazılıb.
1500 il əvvəl Fərat çayı sahilində yaşayan bir qəbilənin işğalçı qüvvələr tərəfindən doğma torpaqlarından qovulmasından bəhs edən kitab daha öncə “Rədd ol şeytan” adı ilə fərqli dillərə tərcümə olunub. Ancaq kitabın ingilis dilində adının nə olacağı mövzusunda nəşriyyat açıqlama verməyib.
Xatırladaq ki, Səddam Hüseyn “Yazar” təxəllüsü ilə 2000-ci ildə “Zabibah və Kral”, “Gücləndirilmiş qala” və “İnsanlar və şəhər” adlı üç roman yazıb. İraq müharibəsindən əvvəl Səddamın kitabları məktəblərdə tədris edilib.

Həmçinin oxuyun

Xaçmaz pomidoru bol olacaq

Bakı bazarlarına xeyli pomidor gətiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazirlik yanında Aqrar …

Bir cavab yazın