Ana səhifə / İqtisadiyyat / Səddam Hüseynə məxsus qədim şahmat İraqa qaytarılıb

Səddam Hüseynə məxsus qədim şahmat İraqa qaytarılıb

İraqın sabiq lideri Səddam Hüseynə məxsus olan və 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı oğurlanan qədim şahmat İraqa qaytarılıb.

APA-nın məlumatına görə, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.

Şahmat taxtası ornamentlərlə bəzədilib, fiqurlar qızılı və gümüşü rəngdədir. Şahmat Səddam Hüseynin sarayından oğurlanıb. İraqa qaytarılan şahmatın bu müddət ərzində konkret harada saxlandığı və necə aşkarlandığı açıqlanmır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın