Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rustavi – Qırmızı Körpü magistral yolu yenidən qurulacaq

Rustavi – Qırmızı Körpü magistral yolu yenidən qurulacaq

Gələn il Gürcüstanın əsas magistral yollarından biri olan Rustavi – Qırmız Körpü magistralı əsaslı təmir olunacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib.

Baş nazir deyib ki, yol Kvemo Kartli bölgəsinin inkişafında mühüm rol oynayır. Bölgədə 19 yeni müəssisə açılıb və bu günə qədər fəaliyyətdə olan 131 müəssisə isə fəaliyətini daha da genişləndirib. Regionun inkişafı üçün bir sıra tədbirlər görüləcək, investisiya mühiti daha da yaxşılaşdırılacaq, yol infrastrukturu yaradılacaq.

Rustavi-Qırmızı Körpü yolunun təmiri də bu işlər planına daxildir. Bu yolun təmirinə və yenidən qurulmasına təqribən 322 milyon GEL( təqribən 130 milyon dollara yaxın) vəsait xərclənəcək. Eyni zamanda, Rustavi-Sadaxlo magistralı da yenidən qurulacaq. Bu yolun təmirinə 285 milyon GEL xərclənəcək.

Hökumət başçısının sözlərinə görə, regionun elektrik enerjisi ilə təminatına da xüsusi diqqət yetiriləcək. Yenicə istifadəyə verilmiş “Marneuli 500” elektrik yarımstansiyası (20 milyon dollar) bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır. Yeni yarımstansiyaların tikintisi də nəzərdə tutulub.

Baş nazir onu da bildirib ki, Dmanisi, Bolnisi, Marneuli, Tetriskalo, Tsalka rayonlarında da su, enerji təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüləcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …