Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Rusiyaya sanksiyalar: Azərbaycanlılar evlərini, obyektlərini satışa çıxarır

Rusiyaya sanksiyalar: Azərbaycanlılar evlərini, obyektlərini satışa çıxarır

Rusiya-Ukrayna müharibəsi davam edir və baş verən proseslər ötən müddət əzrində hər iki ölkəyə müxtəlif sahələrdə ziyan vurub.

İşğala məruz qalan Ukraynada yaşayan soydaşlarımız yaranmış təhlükə ilə əlaqədar Azərbaycana qayıtmaq məcburiyyətində qalıblar. Eləcə də Rusiyaya tətbiq edilən sanksiylar orada yaşayan azərbaycanlılar üçün iqtisadi problemlərə yol açıb.

Müharibə gedən tərəflərdə baş verən proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərəcək.

Mövcud vəziyyətlə bağlı qarşıdakı müddətdə Azərbaycanda daşınmaz əmlak bazarında bahalaşama müşahidə ediləcəkmi?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, Azərbaycana gələn tikinti materiallarının bir hissəsi Ukraynadan gəlirdi:

“Buraya dəmir, armatur kimi tikinti materialları daxil idi. Eyni zamanda bir çox tikinti materialları da Rusiyadan gəlirdi. Bu gün Ukraynadakı müharibə şəraiti, yolların bağlı olması ilə əlaqədar o materiallar gələ bilmir. Rusiyada da dolların qiymətinin kəskin artması, “qara bazar”da dolların daha baha satılması əksər istehsal müəssisələrinin bağlanması və yaxud qiymət artımına gətirib çıxarır. Ümumiyyətlə, tikinti xərcləri artacaq, qiymətlər artmaqda davam edəcək”.

Ekspertin fikrincə, digər prizmadan baxsaq, Rusiyada pul qazanmaq daha rahatdır:

“Orada yaşayan azərbaycanlılar qazandıqları vəsaiti daha çox Azərbaycanda daşınmaz əmlaka yatırırdılar. Alıb kirayə verir, yaxud hansısa bir vaxt satışa çıxarmaq niyyətilə edirlər. Bu baxımdan torpaqların qiymətində artım mövsümlə bağlı onsuz da baş verəcək. Çünki isti havalar başladığında, yağış-qar bitdikcə torpaq bazarında canlanma yaranır. Torpaq alıb, ev tikən vətəndaşlar tikintinin tez quruması, yağışın-qarın işə mane olmaması üçün daha çox bunu isti aylarda edirlər.

Ukraynadan gələn soydaşlarımızın daşınmaz əmlak bazarında qiymət artımına nə dərəcədə təsir edəcəyi hələ tam bəlli deyil. Hətta böyük gözləntilər odur ki, Rusiyadakı azərbaycanlılar buradakı əmlaklarını satıb dollar şəklində oraya aparacaqlar. Çünki bu hadisələr 2014-2015-ci illərdə devalvasiya zamanı da baş vermişdi. Hazırda da Rusiyada yaşayan və burada evləri, obyektləri olan azərbaycanlılar artıq həmin əmlakların böyük bir hissəsini satışa çıxarıblar və buna hazırlaşırlar. Məqsəd Rusiyadakı bizneslərini qorumaqdır, çünki pul yoxdur, bank sistemi, xarici əlaqələr qapalıdır, sanksiyalar tətbiq olunub. Hər kəs düşünür ki, keçici bir dövrdür, bu müddətdə biznesin batırılıb-batırılmaması çox önəmlidir.

Rusiyada 2014-2015-ci ildəki hadisələr baş verir ki, rublun qiyməti kəskin düşüb, dollar qalxır, ancaq əmlakların qiyməti köhnə rubl qiymətində qalır. Nəinki azərbaycanlılar, başqa ölkədə yaşayan vətəndaşlar da prosesin sonunu gözləyirlər ki, dollar kəskin qalxsın, rubl düşsün, əllərində olan dolları xırdalayıb Rusiyada əmlak alsın. Bir müddətdən sonra rubl öz kursunu alanda artıq uduşlu çıxacaqlar”.

Həmçinin oxuyun

Deputatdan etiraz: “Qiymətləri belə qaldırmaq olmaz!”

Bakı və ətraf ərazilərdə faraş kartof və soğanın, eləcə də, digər kənd təsərrüfatı məhsullarının qiymətində …