Şənbə , Fevral 4 2023
Ana səhifə / İqtisadiyyat / Rusiyaya pomidor idxalına icazə verildi

Rusiyaya pomidor idxalına icazə verildi

Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib.

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məlumatda bildirilir ki, “Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab edir.

Rusiyaya pomidor idxal etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir. (APA)

Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” müəssisəsinin Rusiyaya pomidor idxal etməsinə icazə verildiyini açıqlamışdı.

Həmçinin oxuyun

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) …