Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyanın müdafiə naziri Heydər Əliyevin məzarını ziyarət edib

Rusiyanın müdafiə naziri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Heydər Əliyevin məzarını ziyarət edib.

O, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Qonaq həmçinin görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib.

Sonra S.Şoyqu Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın