Ana səhifə / İqtisadiyyat / Rusiyanın bütün diplomatları ABŞ-ı tərk edib

Rusiyanın bütün diplomatları ABŞ-ı tərk edib

ABŞ administrasiyası tərəfindən bu ölkədən çıxarılmış Rusiya diplomatlarını daşıyan təyyarə paytaxt Vaşinqtondan səmaya qalxıb.

Bu barədə RİA Novosti agentliyinə Rusiya Federasiyasının bu ölkədəki səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfirlikdən bildiriblər ki, diplomatların olduğu təyyarə səmaya qalxıb və hamı onunla uçub.

Mətbuat xidmətindən həmçinin onu da əlavə ediblər ki, uçuşdan əvvəl ekipaj komandiri diplomatların Moskvaya istiqamət alan uşaqlarının Kremldə Yolka şənliyinə dəvət edildiklərini elan edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın bir sıra diplomatlarına, Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunan şəxslərə, habelə digər rəsmi və fiziki şəxslərə, müəssisələrə qarşı sanksiyalar tətbiq edib. Onlar ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə və Rusiyada işləyən Amerika diplomatlarına təzyiq göstərməkdə ittiham edilirlər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın