Cümə axşamı , May 28 2020
Ana səhifə / İqtisadiyyat / Rusiyanın bu addımı yanlışdır – Türkiyə

Rusiyanın bu addımı yanlışdır – Türkiyə

Rusiyanın Bəşər Əsəd rejiminə dəstək verməsi tamamilə yanlışdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İdlibdə kimyəvi silahlardan istifadə ilə bağlı NTV-yə açıqlamasında deyib.

“Rejimin kimyəvi silahlardan istifadə etməsi ilk dəfə deyil. ABŞ kimi demokratik ölkələr bu rejimin gələcəyi ilə bağlı qərarı xalq versin deyib. Bu hakimiyyətin mövcudluğu üçün bu qədər dəstək verdiyinizə görə də o gözünü qırpmadan insan öldürür. Moskvanın Əsədə dəstək verməsi yanlışdır. Astana sammiti öncəsi ruslarla müxaliflər görüşdü. Atəşkəs elan edildi. Hələbdəki insanları xilas etdik. Bir çoxu İdlibə getdi. Kimyəvi silahların istifadə edildiyi durumda nə Cenevrə, nə də Astana görüşlərindən bir nəticə çıxacaq. Əsədin arxasında hegemon güclər olduğu müddətcə rejim bu hücumları davam etdirəcək”, – XİN rəhbəri bildirib.

Xatırladaq ki, Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə zamanı əksəriyyəti uşaq və qadınlar olmaqla, 100-dən çox dinc sakin həlak olmuşdu.

Həmçinin oxuyun

Yüzlərlə yük avtomobili Azərbaycan-Rusiya sərhədində qalıb – VİDEO

Günlərdir kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan-Rusiya sərhədində qalıb. Baku. TV-nin qaynar xəttinə …

Bir cavab yazın