Ana səhifə / İqtisadiyyat / Rusiyalı oliqarxın oğlu anasını boğub öldürdü

Rusiyalı oliqarxın oğlu anasını boğub öldürdü

Rusiyalı milyarder İqor Sosinin oğlu doğma anasını boğub öldürüb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı gənc bu dəhşətli cinayəti Tatarıstanın paytaxtı Kazanın “Korston” otelində törədib.

Məlumata görə, otel əməkdaşları polisə şikayət edərək müştərilərdən birinin “qeyri-adekvat davranışından” şikayətləniblər.

Otelə gedən polis əməkdaşları dəhlizdə narkotik maddənin təsiri altında olan gənc oğlanla rastlaşıblar. Otel otaqlarının birində isə yaşlı qadının meyiti aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, bu, həmin gəncin doğmaca anasıdır.

Qadının bədənində çoxsaylı göyərmə və qançır izləri aşkarlanıb. Onun boğulmadan öldüyü təsbit edilib. İlkin məlumata görə, qadını telefon üçün nəzərdə tutulan şnurla boğublar.

Milyarder İqor Sosin “Старик Хоттабыч” mağazalar şəbəkəsinin sahibi və OBİ şirkətinin səhmdarlarından biridir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın