Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyalı müğənni Ukraynaya buraxılmadı – VİDEO

Rusiyalı müğənni Ukraynaya buraxılmadı – VİDEO

Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb.

Bu barədə müğənni Facebook-dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.

“Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər – red.), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər”, – deyə o bildirib.

Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.(“Report”)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın