Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyadan Türkiyəyə barışıq jesti, erməniyə zərbə – Kremldə maraqlı gediş

Rusiyadan Türkiyəyə barışıq jesti, erməniyə zərbə – Kremldə maraqlı gediş

Dövlət Duması saxta soyqırımı tanımamağa görə cəza nəzərdə tutan qanun layihəsini geri qaytardı

Rusiyanın “Ədalətli Rusiya” partiyasının “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təşəbbüsü fiasko olub. Belə ki, Dövlət Dumasına bu məqsədlə təqdim edilən qanun layihəsi geri qaytarılıb. Təşəbbüsün müəllifləri partiyanın – sədri Sergey Mironiv və üzvü Dumanın vitse-spikeri Nikolay Leviçev idilər.
Bu barədə Leviçev Rusarminfo portalına deyib. Onun sözlərinə görə, sənədin geri göndərilməsinə əsas səbəb qanun layihəsinin hökumət və Ali Məhkəmə tərəfindən baxılması müddətinin pozulmasıdır. “Hökumətin rəyi fevralın 9-da daxil olub. Dövlət Duması isə fevralın 8-də rəyin olmaması üzündən qanun layihəsini geri qaytarıb”.
N. Leviçev onu da qeyd edib ki, hökumətin və Ali Məhkəmənin qanun layihəsi ilə bağlı rəyi mənfi olub. Neqativ rəydə qeyd edilir ki, “müəlliflər heç bir statistik və yaxud kriminoloji xarakterli təhqiqat aparmayıblar və qanun layihəsində Rusiyaya soyqırımı inkarla bağlı yayılan hallar haqda heç nə yoxdur”. Yəni hökumətin mövqeyinə görə, “Rusiyada belə cinayətlər baş vermir və soyqırımı danma faktları kütləvi xarakter daşımadığından, belə bir qanunun qəbuluna da ehtiyac qalmır”.
***
Yada salaq ki, belə bir anti-Türkiyə təşəbbüsü ötən il noyabrın 25-də – Türkiyənin Rusiyaya məxsus “Su-24″ hərbi təyyarəsini vurmasından bir gün sonra qaldırılmışdı. Bundan sonra qanun layihəsi rəsmi rəy alınması üçün Rusiya hökumətinə və Ali Məhkəməyə göndərilmişdi.
Ancaq hələ o vaxt Rusiyanın ekspert ictimaiyyəti təşəbbüsün Ankaraya siyasi təzyiq xarakteri daşıdığını və fiasko olacağını proqnoz eləmişdi. Rusiya Pravoslav kilsəsinin başçısı, Patriarx Kirilin də bu xüsusda erməni qıcıqlandıran bəyanat səsləndirməsi, faktiki surətdə Osmanlı İmperiyasında soyqırımın olmadığını söyləməsi belə bir ehtimalı gücləndirmişdi.
Bundan əlavə, Azərbaycanın Rusiyadakı diasporu da hərəkətə keçərək, təşəbbüsün əngəllənməsi üçün gərəkəni eləmiş, Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət ünvanlamışdı. Yeri gəlmişkən, Rusiya Federasiyasındakı türk diasporunun liderlərindən olan Yusuf Şen bildirib ki, məhz azərbaycanlıların sayəsində Dövlət Duması məsələyə baxmaqdan imtina edib.
İndi isə belə görünür, Medvedyev hökuməti sənəd müəlliflərinə məsləhət görür ki, öz işləri ilə məşğul olsunlar və burunlarını tarixi məsələlərə soxmasınlar…
***
Bu yerdə onu da qeyd edək ki, məlum təşəbbüsdən az sonra Rusiya Kommunist Partiyasından olan deputatlar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət edərək, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Türkiyə arasında imzalanmış dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsini istəmişdilər. Onlar müraciətdə bunu açıq şəkildə “Türkiyəyə öz yerini göstərməyin zəruriliyi” ilə əlaqələndirmişdilər.
Xatırladaq ki, müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin ləğvi avtomatik şəkildə az sonra onun davamı kimi imzalanmış Qars müqaviləsinin də qüvvədən düşməsinə, beləliklə, ermənilərin Naxçıvan iddialarının güclənməsinə səbəb ola bilər.
Lakin uydurma soyqırımla bağlı məsələdə “yox” cavabı söyləməyə əsas verir ki, bu təşəbbüs də fiasko olacaq. O da diqqətçəkicidir ki, erməniləri məyus edən xəbər Sergey Narışkin məhz İrəvanda – KTMT tədbirində olarkən açıqlanıb.
***
Rusiyanın bu qərarı onun gərgin münasibətlərdə olduğu Türkiyəyə xoşməramlı və qiymətli jesti hesab oluna bilər. Əlavə edək ki, bu arada Rusiyanın “Türk axını” layihəsini yenidən dirçəltmək yönündə təşəbbüsləri artırması müşahidə edilməkdədir. Sözügedən qaz kəməri layihəsi isə yalnız Ankara-Moskva münasibətləri tam qaydaya düşdükdən sonra yeni nəfəs qazana bilər – o da əgər qazansa, çünki bu kəmər TAP-alternativ olmasa da, əngəl sayılır. (musavat.com)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın