Şənbə , May 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır

Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Rusiyadan ümumi dəyəri 1 milyon 95,1 min dollar olan 2 min 476,7 ton qarabaşaq (“qreçka”) idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Rusiyadan idxal olunan 1 kiloqram qarabaşağın orta gömrük dəyəri 44 sent (75 qəpik) olub.
Məlumat üçün onu da bildirək ki, bu ilin mart ayında ölkənin pərakəndə satış məntəqlərində idxal olunan qarabaşağın orta satış qiyməti 2,95 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan qarabaşaq market və dükanlarda gömrük dəyərindən 4 dəfə baha satılıb.
Onu da qeyd edək ki, Azərbaycana qarabaşaq yalnız Rusiyadan idxal edilib.

Həmçinin oxuyun

Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 …