Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada türklərə təzyiqlər artır – 20 tələbə həbs edildi
?????

Rusiyada türklərə təzyiqlər artır – 20 tələbə həbs edildi

Türkiyənin Rusiyadakı səfirliyi bu ölkənin hökümətindən vətəndaşlarına qarşı təzyiq edilməsi barədə şikayətlərə izah tələb edib.

“İnterfax” xəbər verir ki, Rusiyada yaşayan Türkiyə vətəndaşları RF rəsmi orqanları tərəfindən təzyiqə məruz qalmaları barədə şikayət edirlər.
“Son günlərdə Rusiyanın müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşlarından Rusiya rəsmi orqanlarının nümayəndələri tərəfindən təzyiqə məruz qalmaları barədə səfirliyə şikayətlər daxil olub. Şikayətlə biznesmen, tələbə və sadə vətəndaşlar tərəfindən daxil olur” – səfirliyin məlumatında bildirilir:  “Səfirlik onlarla əlaqə saxlayır, bu şikayətləri dəqiqləşdirdikdən sonra Rusiya Xarici İşlər nazirliyi və müvafiq qurumlara məlumat göndərir. Biz Rusiya hökumətindən bu təzyiqlərin dayandırılmasını gözləyirik”.
Qeyd edək ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib. Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb. Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın