Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada rüşvətxor məmurların reyestri yaradılır

Rusiyada rüşvətxor məmurların reyestri yaradılır

Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin reyestrinin yaradılması haqqında qanun imzalayıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət sirri təşkil edən məlumatlar reyestrə daxil edilməyəcək.

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti, daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın